6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Yunanıstan partiyası: "ABŞ və NATO Avropanı Azərbaycan qazından məhrum edə bilər"

07-noyabr-2025, 18:20
Yunanıstan partiyası: "ABŞ və NATO Avropanı Azərbaycan qazından məhrum edə bilər"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Yunanıstanda fəaliyyət göstərən “Ümumyunan yunan–rus dostluğu hərəkatı” (Pakief) bəyan edib ki, ABŞ və NATO-nun bölgədəki strateji planları Avropanı yalnız Amerika qazından asılı vəziyyətə salacaq.

"PostMedia" xəbər verir ki, partiya açıqlamasında Azərbaycan qazının istifadəsinin də məhdudlaşdırıla biləcəyini deyib.
Partiyanın fikrincə, Yunanıstan və Avropa ucuz Rusiya qazından imtina etməklə bahalı və ekoloji cəhətdən zərərli ABŞ qazına tabe olub. Pakief bu vəziyyəti “enerji sahəsində yeni milli əsarət” adlandıraraq, hökuməti ABŞ ilə imzalanmış bütün sazişləri ləğv etməyə çağırıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031