6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiyadan çıxan buğda dolu qatar bu gün Azərbaycandan keçməklə Ermənistana çatacaq

05-noyabr-2025, 16:23
Rusiyadan çıxan buğda dolu qatar bu gün Azərbaycandan keçməklə Ermənistana çatacaq
Yazı Ölçüsü:

Rusiya mənşəli buğda daşıyan 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana, ordan isə Ermənistana çatacaq.

"PostMedia" xəbər verir ki, bu barədə “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin baş direktoru Aleksey Melnikov jurnalistlərə bildirib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 4-də bildirmişdi ki, Rusiya mənşəli buğda artıq dəmir yolu ilə Azərbaycanın ərazisindən Ermənistana daşınır. Qazaxıstan mənşəli buğda da yoldadır və yaxın günlərdə eyni marşrutla Ermənistana çatacaq.

“Hazırda taxıl yoldadır və çox tezliklə Ermənistan ərazisinə daxil olacaq. Bu gün Qazaxıstan taxılı da Rusiyadan Azərbaycana, ordan isə Ermənistana yollanır. Bizim üçün bu, strateji əhəmiyyət daşıyan hadisədir, çünki artıq Qazaxıstan, Rusiya və digər ölkələrdən yüklərin Ermənistana daşınması mümkün olur” – deyə Melnikov qeyd edib.

O, bu hadisəni dəmir yolu tarixində mühüm dönüş nöqtəsi adlandırıb.

Melnikov əlavə edib ki, artıq Çindən konteyner daşımalarının təşkili də mümkündür. O, bu marşrutun böyük tələbat görəcəyinə və dəmir yolunun iqtisadi fayda gətirəcəyinə əminliyini ifadə edib.

Yeni dəmir yolu marşrutu həm Yuxarı Lars sərhəd-keçid məntəqəsindəki yüklənməni azaldacaq, həm də xüsusən Qara dəniz vasitəsilə həyata keçirilən bahalı daşımalarla müqayisədə nəqliyyat xərclərini aşağı salacaq.

Bu istiqamət təkcə Ermənistana böyük həcmdə taxıl gətirən şirkətlər üçün deyil, həm də yanacaq və digər məhsullar idxal edən tərəfdaşlar üçün də mühüm əhəmiyyət daşıyacaq.

Melnikov sonda vurğulayıb ki, bu yeni marşrut fəal şəkildə istifadə olunacaq və ölkə iqtisadiyyatına ciddi töhfə verəcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031