6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bağlanan bankın sabiq sədri “Azərenerji”nin 1,4 milyon manatlıq tenderini udub

14-iyul-2025, 10:32
Bağlanan bankın sabiq sədri “Azərenerji”nin 1,4 milyon manatlıq tenderini udub
Yazı Ölçüsü:

Azərenerji” ASC-nin keçirdiyi açıq tenderə yekun vurulub.

PostMedia” xəbər verir ki, müxtəlif növ avadanlıqlar və aqreqatlarda təmir-təftiş xidmətinin alışı üzrə keçirilən müsabiqənin qalibi “Profix” MMC olub.

2018-ci ildə yaradılan qurum “Azərenerji” ilə 1 milyon 389 min 950 manatlıq xidməti müqavilə imzalayıb.

“Profix” MMC-nin qanuni təmsilçisi Həsənov Elmir Əlimərdan oğlu 2021-ci ilə qədər “Muğan Bank” ASC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə sabiq deputat Əhməd Vəliyevə məxsus “Muğan Bank”ın lisenziyası ləğv edilib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031