6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Dünya birjalarında “Brent”in qiyməti 77 dolları ötüb

20-iyun-2025, 08:56
Dünya birjalarında “Brent”in qiyməti 77 dolları ötüb
Yazı Ölçüsü:

Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin avqust fyuçersləri üzrə 1 bareli 77,07 ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 0,59 dollar və ya təxminən 0,77 % artım deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 75,67 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 0,57 dollar və ya təxminən 0,76 % bahalaşma deməkdir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031