6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Bu gün Səbail rayonunda qaz olmayacaq

17-iyun-2025, 08:52
Bu gün Səbail rayonunda qaz olmayacaq
Yazı Ölçüsü:

Bu gün saat 10:00-dan etibarən Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fasiləyə səbəb Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılmasıdır.

Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E. Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə. Yaqubov, Buxta, "Jurnalist evi" MMC-nin, 20-ci Sahə, Nasosnu ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031