6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bu gün Qubada işıq olmayacaq

11-iyun-2025, 08:23
Bu gün Qubada işıq olmayacaq
Yazı Ölçüsü:
Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "PostMedia"ya "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumatda deyilir ki, iyunun 11-də Quba Elektrik Şəbəkəsində (EŞ) yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında  əsaslı təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq həmin tarixdə rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər, Hacıbaba Əliyev küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonunun Ağbil, Aşağı Atuc, Dağlı, Əlibəyqışlaq, Mirzəməmmədkənd, Vladimirovka kəndləri, Qırmızı Qəsəbə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930