6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycan “OPEC plus”un 39-cu iclasında təmsil olunub

28-may-2025, 20:01
Azərbaycan “OPEC plus”un 39-cu iclasında təmsil olunub
Yazı Ölçüsü:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

PostMedia” Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.

İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031