6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Antiinhisar Agentliyi "Azərişıq"la bağlı araşdırmalara başlayıb

10-mart-2026, 13:42
Antiinhisar Agentliyi "Azərişıq"la bağlı araşdırmalara başlayıb
Yazı Ölçüsü:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq” ASC barədə araşdırmalara başlayıb.
"PostMedia" xəbər verir ki, araşdırmalar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.
İstehlakçıların elektrik enerjisi borclarının hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən elektrik enerjisinin verilişinin dayandırıldığı ilə bağlı Agentliyə vətəndaş müraciətləri daxil olub.
Bu fakt rəqabət qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib və araşdırılma aparılıb. Araşdırmanın yekun nəticəsi olaraq rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün “Azərişıq” barəsində iş qaldırılıb.
Bundan əlavə, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar “Azərişıq” tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı Agentliyə daha bir vətəndaş müraciətləri də daxil olub.
Hazırda bu istiqamətdə rəqabət qanunvericiliyinin pozulması halları araşdırılır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930