6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Ermənistan Azərbaycandan şəkər idxalına hazırlaşır - İDDİA

27-yanvar-2026, 10:44
Ermənistan Azərbaycandan şəkər idxalına hazırlaşır - İDDİA
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Hökumət mənbələrimiz bildirir ki, Azərbaycan tərəfindən buğda və dizel yanacağı idxal edilməsi ilə paralel olaraq, şəkər tozu idxalı məsələsi ilə bağlı da danışıqlar və işlər aparılır.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın «"Hraparak" qəzeti yazıb.

"Bizə deyiblər ki, bu məsələdə də hazırkı hakimiyyətin dəstəkçisi olan oliqarx, şəkər tozu idxalının monopolisti Samvel Aleksanyan maraq göstərir və yaxın gələcəkdə onun bu arzusu da, gerçəkləşəcək.

Xatırladaq ki, Azərbaycandan buğda idxal edən şirkət Samvel Aleksanyana məxsusdur, benzinin idxalçıları arasında isə iş adamının həyat yoldaşı Şoğerinanın qardaşına aid olan, Samvel Mkrtçyana məxsus “Shisha World” şirkəti var" - deyə məlumatda bildirilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031