6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

SOCAR Gürcüstanın Kulevi şəhərində yerləşən neft terminalını genişləndirməyə başlayıb

19-yanvar-2026, 19:56
SOCAR Gürcüstanın Kulevi şəhərində yerləşən neft terminalını genişləndirməyə başlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Azərbaycanın SOCAR şirkəti Gürcüstanın Kulevi şəhərində yerləşən neft emalı/terminal obyektinin genişləndirilməsi istiqamətində işlərə başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "SputnikGeorgia" Telegram kanalı məlumat yayıb.
Layihə çərçivəsində hər biri 20 min kubmetr tutuma malik olmaqla 4 yeni neft məhsulları saxlama çəninin inşası nəzərdə tutulur. Genişləndirmə işlərinin 2027-ci ilin ortalarına qədər tamamlanması planlaşdırılır.
Şirkətdən bildirilib ki, eyni zamanda yeni dəmir yolu estakadasının tikintisinin başa çatdırılması, dalğaqıran (mühafizə bəndi) layihəsinin formalaşdırılması, həmçinin üçüncü yükləmə platformasının inşası ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması da nəzərdə tutulur.
Hazırda çənlərin ümumi saxlama həcmi 407 min kubmetr təşkil edir. 2025-ci ildə Kulevi obyektində 2,2 milyon ton xam neft və neft məhsulu emal edilib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031