6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün "Boeing" ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb

30-dekabr-2025, 18:16
Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün "Boeing" ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
ABŞ Silahlı Qüvvələri İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün "Boeing" şirkətinə 8,57 milyard dollar dəyərində müqavilə təqdim edib.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Həmin bəyanata əsasən, bu saziş "İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni "F-15IA" qırıcısının hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını" əhatə edir. Müqavilədə tədarük ediləcək təyyarələrin sayının daha 25 ədəd artırılması variantı da nəzərdə tutulub.
Pentaqon "Boeing" şirkətinin müqavilə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirəcəyini gözləyir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031