6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Gürcüstan və Azərbaycan Ermənistana neft məhsullarının ixracını müzakirə ediblər

29-dekabr-2025, 20:42
Gürcüstan və Azərbaycan Ermənistana neft məhsullarının ixracını müzakirə ediblər
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun gürcüstanlı həmkarı Maka Boçorişvili arasında telefon danışığı olub.

"PostMedia" xəbər veirr ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqlar zamanı Gürcüstan üzərindən Azərbaycandan Ermənistana neft məhsullarının ixracı ilə bağlı tarif məsələləri üzrə əldə olunmuş razılaşma məmnunluqla qeyd edilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov bu məsələnin operativ şəkildə həllinə görə Gürcüstan rəhbərliyinə təşəkkür edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031