6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Ermənistan turizm sahəsində Azərbaycandan geri qalır

25-dekabr-2025, 15:11
Ermənistan turizm sahəsində Azərbaycandan geri qalır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistan hökuməti dekabrın 25-də keçirilən iclasında turizm mərkəzlərinin elan edilməsi ilə bağlı qərar qəbul edib. "PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, qərar turizm istiqamətlərinin sistemli və balanslı ərazi inkişafını təmin etmək məqsədi daşıyır.

Bildirilir ki, xüsusilə İrəvandan kənar bölgələrdə mövcud turizm infrastrukturu daha çoxsaylı və yüksək ödəmə qabiliyyətinə malik turistlərin qəbuluna hazır deyil. Bir çox turizm obyektlərinə aparan yolların abadlaşdırılmaması, turizm nişanlarının və sanitariya şəraitinin yetərsiz olması əsas problemlər sırasında göstərilir.

Qeyd olunur ki, Ermənistanın turistik məkanları kütləvi turist axını üçün hələ tam hazır deyil. 2024-cü il üzrə “Səyahət və Turizmin İnkişafı İndeksi”nin “İnfrastruktur və xidmətlər” göstəricisində Ermənistan 84-cü yerdə qərarlaşıb. Bu göstərici ilə ölkə Türkiyə, Gürcüstan, Azərbaycan və İrandan geri qalır.

Turizm mərkəzlərinin yaradılması turizm istiqamətlərinin mərkəzləşdirilmiş idarə olunmasını, infrastrukturun yaxşılaşdırılmasını və investisiyaların cəlb edilməsini nəzərdə tutur. Qərar çərçivəsində yeni turizm marşrutlarının və klasterlərin formalaşdırılması planlaşdırılır. Həmçinin yerli icmaların iştirakı gücləndiriləcək, yeni iş yerləri yaradılacaq və əhalinin rifahının yüksəldilməsi hədəflənir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031