6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Ermənistan XİN “Tramp yolu”nun tikintisinin nə vaxt başlayacağını açıqlayıb

25-dekabr-2025, 10:43
Ermənistan XİN “Tramp yolu”nun tikintisinin nə vaxt başlayacağını açıqlayıb
Yazı Ölçüsü:
“Tramp yolu” (TRIPP) layihəsinin faktiki icrası və tikinti mərhələsi 2026-cı ildə başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi Sputnik Ermənistanın yazılı sorğusuna cavab olaraq məlumat verib.
XİN bildirib ki, Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin hüquqi çərçivəsi və tənzimləmə mexanizmləri ilə bağlı ABŞ tərəfdaşları ilə intensiv danışıqlar aparır.
Qeyd olunub ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də optik lifli kabel infrastrukturlarının inkişafı üçün zəruri hüquqlar əldə edəcək.
Ermənistan “Tramp yolu” layihəsinin icrasını hökumətin “Sülh kəsişməsi” təşəbbüsünün tərkib hissəsi hesab edir. Bu təşəbbüs regional bağlantıların inkişafına yönəlmiş iri infrastruktur layihələri, o cümlədən Orta Dəhliz və Fars körfəzi–Qara dəniz proqramları ilə tam uyğun sayılır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930