6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Teleaparıcı: "Razılaşdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi"

03-dekabr-2025
Teleaparıcı: "Razılaşdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi"
Yazı Ölçüsü:

Bir müddət əvvəl "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi təyin olunduğu deyilən və qısa müddət sonra isə bu işdən ayrıldığı bildirlən teleaparıcı Nərmin Salmanova yayılan məsələlərə aydınlıq gətirib.

"PostMedia" xəbər verir ki. N.Salmanova bununla bağlı özünün "Facebook" hesabında paylaşım edib.

O, qeyd edib ki, qurumla aralarında razılaşmanın pozulmasına səbəb əvvəlcədən razılaşdırılmış əməkhaqqı şərtlərində dəyişiklik edilməsi olub:

"Əziz dostlar və izləyicilər, artıq bir müddətdir Bakı Metropoliteni ilə bağlı mənə suallar ünvanlanır.
Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu.

Metropolitenlə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi - müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı.
Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil.
Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm.
Diqqətiniz üçün təşəkkürlər".

Məsələ ilə bağlı "PostMedia" saytı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031