6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Mikayıl Cabbarovun xalası oğlu müavinini vəzifəsindən azad etdi

13-noyabr-2025, 10:28
Mikayıl Cabbarovun xalası oğlu müavinini vəzifəsindən azad etdi
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub.
“PostMedia” xəbər verir ki, qurumun rəis müavini Rasim Rəhim oğlu Quliyev vəzifəsindən azad edilib.
Hazırda onun yerinə təyinat yoxdur.
Bununla da Baş İdarə rəisinin müavinlərinin sayı 6-dan 5-ə, ümumi menecmentin sayı isə 17-dən 16-ya enib.
Xəbər verdiyimiz kimi bir müddət əvvəl Camal Ələkbər oğlu Qasımov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.
Əvvəllər Vergi auditi baş idarəsinin rəisi olan Camal Qasımov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031