"Mən daxil bir sıra deputatlar qaza, işığa limitlərin ardan qaldırılması üçün, xüsusilə dağ kəndlərində yaşayanlar üçün güzəştlərin edilməsini qaldırıb".
"PostMedia" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar icrasında deyib.
Deputat qeyd edib ki, heç bir ölkədə kommunal xidmətlərlə bağlı belə addımlar atılmır:
“Hansı ölkələrdə istiliklə, qazla və başqa kommunal xidmətlərlə bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə belə üsuldan istifadə edilir? Suallar həddən artıq çoxdur.
Açıq şəkildə deyirəm ki, nə rüsumlarla, nə də cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi belə şeylərlə də "Azərsu", "Azəriqaz" və sair bu kimi qurumların xərclərini tamamlamaq olmayacaq.
Digər bir sual isə bu yenilik qəbul edildikdən sonra onun maliyyə tutumu nə qədər olacaq.
O insanlar qazın pulunu verə bilmədiyi üçün, odundan istifadə edirlər. Ancaq odun da bahadır. Odun da ala bilmədikləri üçün həyələrindəki ağacları kəsirlər. İnsanlar qazın pulunu ödəyə bilmirlər, bir də qayıdıb deyəsən ki, işlətmədiyin qaza görə pul ödə. Burda heç bir məntiq görmürəm”.