Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.
“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.
Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) ordenləri və digər orden-medallarla təltif edilib.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
