6°C Bakı
1$ = 1.70₼
Siyasət

Ermənistanda üç deputatlığa namizədin qeydiyyatını ləğv edilib

07-may-2026, 19:52
Ermənistanda üç deputatlığa namizədin qeydiyyatını ləğv edilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistan Mərkəzi Seçki Komissiyası mayın 7-də keçirilən növbədənkənar iclasda deputatlığa üç namizədin qeydiyyatını ləğv edib.

“PostMedia” zəbər verir ki, “Ermənistan Respublikasının Seçki Məcəlləsi” konstitusiya qanununun 90-cı maddəsinin 3-cü hissəsinə əsasən, deputatlığa namizədlər səsvermə gününə ən geci 10 gün qalmış saat 18:00-dək, həmçinin səsvermə günündən sonra ərizə təqdim etməklə namizədliklərini geri götürmək hüququna malikdirlər.

Öz namizədliyini geri götürmək barədə ərizə notarial qaydada təsdiqlənməli və ya namizəd bu ərizəni Mərkəzi Seçki Komissiyasının iclasında şəxsən təsdiqləməlidir.

MSK “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına daxil edilmiş deputatlığa namizədlər Armen Sokrati Pambuxçyanın, Armen Aliki Qriqoryanın və “Hamıya qarşıyam” partiyasının seçki siyahısına daxil edilmiş deputatlığa namizəd David Serjiki Petrosyanın öz namizədliklərini geri götürməsi ilə bağlı ərizələrini qəbul edib.

Ərizələrin notarial qaydada təsdiqləndiyi bildirilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031