6°C Bakı
1$ = 1.70₼
Siyasət

Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub?

24-mart-2026, 14:46
Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub?
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazə verilmir. Bu barədə Tiraj.az-a yerli sakinlər bildirib. Onların sözlərinə görə, bir müddətdir ki, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulub.

Sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinin yasaq olduğu bildirilib.

"İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər bildirib.

Sakinlər iddia edib ki, qadağa şəhər rəhbərliyi tərəfindən qoyulub.

Tiraj.az-ın məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyi mümkün olmayıb. Bayram günləri olduğundan qurumun telefonları susub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031