N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

İslandiya İsrailin iştirakının təsdiqlənməsindən sonra “Eurovision 2026”nı boykot etdi

11-dekabr-2025
Türkan Nəbi
İslandiya İsrailin iştirakının təsdiqlənməsindən sonra “Eurovision 2026”nı boykot etdi
Yazı Ölçüsü:
İslandiya 2026-cı il “Eurovision” mahnı müsabiqəsini rəsmi olaraq boykot etdiyini elan edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərarla ölkə İspaniya, İrlandiya, Sloveniya və Niderlandın da daxil olduğu boykota qoşulan beşinci dövlət oldu.
Bu qərar ötən həftə İsrailin iştirakının rəsmən təsdiqlənməsindəın sonra verilib.
İslandiya milli yayımçısı RUV-un baş direktoru Stefán Eiriksson bildirib:
“Bu müsabiqə hazırda nə sülhün, nə də sevincin mənbəyidir. Buna görə də biz müvəqqəti olaraq yarışmadan çəkilmək qərarına gəldik”.
RUV qeyd edib ki, İsrailin iştirakına dair qərar həm Avropa Yayımçılar Birliyində (EBU), həm də ictimaiyyətdə ciddi fikir ayrılıqları yaradıb.
Məlumata görə, İsrailin “Eurovision”da iştirakı Qəzza müharibəsi və səsvermənin obyektivliyi ilə bağlı narahatlıqlar fonunda getdikcə daha çox mübahisə doğurur. O cümlədən İsrail hökumətinin builki səsverməyə təsir göstərməyə cəhd etməsi barədə iddialar da bu müzakirələri gücləndirib.
Keçən həftə EBU səsvermənin bütövlüyünü qorumaq üçün yeni təhlükəsizlik tədbirləri paketini elan edib, bundan sonra çox sayda ölkə 2026-cı ildə Vyanada keçiriləcək müsabiqədə iştirakını təsdiqləyib.
RÚV-un idarə heyəti daha əvvəl EBU-dan 2026-cı il müsabiqəsindən İsrailin kənarlaşdırılmasını tələb etmişdi. İslandiya həmçinin İsrailin iştirakının ayrıca səsverməyə çıxarılmasını istəyən yeddi ölkədən biri idi, lakin bu tələb qəbul edilməmişdi. İndi İsrailin gələcək taleyi müsabiqənin yeni qaydalarına dair səsvermədən asılı olacaq.
RÚV-un açıqlamasında qeyd olunub ki, tətbiq edilən yeni mexanizmlər müəyyən narahatlıqları azaltsa da, onların kifayət qədər olub-olmaması barədə suallar qalır:
“İslandiyalı artistlərin və geniş ictimaiyyətin ciddi etirazları var”.
İsrailin dövlət yayımçısı KAN-ın rəhbəri Golan Yohpaz boykot qərarını tənqid edərək bildirib:
“Boykot İsraildən başlaya bilər, amma necə bitəcəyini və kimə təsir edəcəyini heç kim bilmir. Müsabiqənin 70 illiyində həqiqətən beləmi xatırlanmaq istəyirik?”
İsrail 1973-cü ildən “Eurovision”da iştirak edir və indiyədək dörd dəfə qalib gəlib (sonuncu dəfə — 2018-ci ildə). 2025-ci ildə İsrail ikinci yeri tutmuşdu.
İslandiya isə hələ yarışmada qalib gəlməyib; 1999 və 2009-cu illərdə ikinci yerlə kifayətlənib.
Kateqoriyalar