6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Tramp “Qremmi”nin aparıcısı Noanı özünün və Epşteynin adının çəkilməsindən sonra “yazıq” adlandırıb

02-fevral-2026
Tramp “Qremmi”nin aparıcısı Noanı özünün və Epşteynin adının çəkilməsindən sonra “yazıq” adlandırıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp “Qremmi” mükafatlandırma mərasiminin “absurd və istedadsız” aparıcısı Trevər Noanı, məşhur maliyyəçi Ceffri Epşteynlə guya əlaqəsi barədə dediklərinə görə, ondan “iri məbləğdə” təzminat tələb edəcəyi ilə hədələyib.

"PostMedia"nın məlumatına görə, müğənni Billi Aylişin mükafatlandırılması zamanı aparıcı zarafat edərək bildirib ki, “Qremmi” hər bir artistin istədiyi mükafatdır — “təxminən Trampın Qrenlandiyanı istədiyi qədər”, çünki Epşteynin ölümündən sonra “Bill Klintonla vaxt keçirmək üçün ona yeni ada lazımdır”.

“Noa tam uğursuzdur, faktları dəqiqləşdirsin və tez toplasın. Görünür, vəkillərimi göndərib bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını böyük məbləğlərə görə məhkəməyə verməli olacağam… Hazır ol, Noa, səninlə bir az əylənəcəyəm”, — Tramp "Truth Social"da yazıb.

O, həmçinin “Qremmi” mərasiminin “demək olar ki, baxılması mümkün olmadığını” deyib.

Qeyd edək ki, 2019-cu ildə Epşteyn ABŞ-da azyaşlıların cinsi istismarı və bu cinayət məqsədilə sui-qəsddə ittiham olunmuş, onu 40 ildən çox həbs cəzası gözləyirdi. 2019-cu ilin iyulunun sonunda Epşteyn həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılmış və sonradan ölüb. İstintaq onun intihar etdiyini müəyyən edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930