N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Axios: ABŞ Zelenskiyə ərazi güzəştlərinə razılaşması üçün təzyiq göstərir

09-dekabr-2025
Amin Şükür
Axios: ABŞ Zelenskiyə ərazi güzəştlərinə razılaşması üçün təzyiq göstərir
Yazı Ölçüsü:

ABŞ administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskiyə daha çox təzyiq edir ki, Rusiya ilə “sülh planı” çərçivəsində ərazi itkilərinə və müəyyən güzəştlərə razı olsun.

"PostMedia" xəbər verir ki, bunu "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, həftələrlə davam edən danışıqlardan sonra Kiyev hələ də hesab edir ki, Vaşinqtonun planının bəzi bəndləri Moskvanın xeyrinədir və ABŞ Zelenskiyə, Putinə nisbətən daha sərt təzyiq göstərir.

Anonim amerikalı rəsmilər bunu inkar edib və bildiriblər ki, ABŞ həmçinin Putinin tələblərinin yumşaldılması üçün işləyir. Danışıqlar əsasən Rusiyanın Donbasın tam şəkildə Ukraynadan tələb olunması və Kiyevin ABŞ-dan etibarlı təhlükəsizlik zəmanətləri istəyi üzərində cəmlənib.

Ukraynalı rəsmilər hesab edir ki, Kiyev üçün şərtlər Trampın məsləhətçiləri Stiv Uitkof və Cared Kuşnerin dekabrın 2-də Putinlə beş saatlıq görüşündən sonra daha da sərtləşib. Dekabrın 6-da Zelenski ilə keçirilən iki saatlıq telefon danışıqlarında ABŞ nümayəndələri Kiyevdən “son yekun razılıq” almağa çalışıblar.

Mənbənin sözlərinə görə, ABŞ-ın yeni təklifində ərazi nəzarəti və Zaporojye AES-in statusu ilə bağlı əvvəlkindən daha sərt bəndlər var və təhlükəsizlik zəmanətləri mövzusunun əsas hissəsi açıq qalıb. Kiyev bildirir ki, ABŞ sanki Zelenskidən dərhal razılıq gözləyirdi, halbuki o, sənədləri yalnız bir saat əvvəl almışdı.

Axios yazır ki, məsələ Zelenski ilə Tramp administrasiyası arasında qarşılıqlı etimadsızlığın qalmasını göstərir. Ukrayna rəsmiləri həmçinin iddia edir ki, Vaşinqton Zelenskiyə daha effektiv təzyiq üçün onun Avropa liderləri ilə əlaqəsini davam etdirməyə çalışır.

Avropalı liderlər isə Zelenskiyə tələsməməyi, ehtiyatlı davranmağı tövsiyə edir. ABŞ isə Avropanı prosesin “əsl maneəsi” hesab edən siyasətçilərə malikdir. Hazırda Kiyev və Avropa təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları davam etdirir, lakin ABŞ-ın bu zəmanətlərdə hansı rolu oynayacağı hələ də aydın deyil.

Kateqoriyalar