6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp İlon Maskı “80 faiz superdahi” adlandırıb

15-oktyabr-2026, 01:57
Tramp İlon Maskı “80 faiz superdahi” adlandırıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Arizonada keçirilən mitinq zamanı milyarder İlon Maskı yenidən tərifləyərək onu müəyyən problemləri olan “80 faiz superdahi” adlandırıb.
"PostMedia" xəbər verir ki, ABŞ liderinin sözlərinə görə, o, bu barədə sahibkara mütəmadi olaraq danışır.
“İlon 80 faiz superdahidir, qalan 20 faizdə isə kiçik problemləri var. Mən ona həmişə bunu deyirəm. O, əla oğlandır”, – deyə Tramp bildirib.
ABŞ prezidenti daha əvvəl də Mask haqqında oxşar fikirlər səsləndirib. 2025-ci ilin sentyabrında aparıcı Skott Cenninqsə verdiyi müsahibədə Tramp sahibkarın “80 faiz superdahi” olduğunu, qalan 20 faizin isə hələ həll etməli olduğu problemlərlə bağlı olduğunu söyləyib.
Həmin vaxt ABŞ prezidenti Maskın öz siyasi partiyasını yaratmaq ideyasından imtina edərək Respublikaçılar Partiyasına qayıdacağına ümid etdiyini də bildirmişdi.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031