6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını təklif edib – FT

15-oktyabr-2026, 12:12
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını təklif edib – FT
Yazı Ölçüsü:

ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və iş adamı Cared Kuşner Avropa İttifaqının nümayəndələrinə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin bərpasına kömək edə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti oktyabrın 14-də öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, ötən həftə Mayamidə keçirilən görüş zamanı Uitkoff və Kuşner Böyük Britaniya, Fransa və Almaniya, eləcə də NATO və Aİ nümayəndələrindən ibarət nümayəndə heyətinə Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı bir neçə variant təqdim ediblər.

Müzakirə olunan mexanizmlər arasında Vaşinqtonun nəzarətinə veriləcək xüsusi maliyyə alətinin yaradılması da olub. FT-nin məlumatına görə, bu təşəbbüs sülh sazişinin şərtlərinin hazırlanması çərçivəsində nəzərdən keçirilib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, danışıqlarda iştirak edən avropalı nümayəndələr ABŞ tərəfinin təklif etdiyi plana dəstək verməyiblər. Bununla belə, aktivlərin blokdan çıxarılması qaydası və onların gələcəkdə istifadəsi ilə bağlı məsələlər hələ də gündəmdədir və müzakirə olunur.

Bundan əlavə, FT xəbər verir ki, Vaşinqton Kiyevdən vəsaitlərin mənbəyindən asılı olmayaraq, onların xərclənməsi üzrə plan hazırlamağı tələb edib. ABŞ həmçinin Ukraynada korrupsiyaya qarşı islahatların həyata keçirilməsi və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi üçün Beynəlxalq Valyuta Fondunun (BVF) prosesə cəlb olunmasını təklif edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031