6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "Hərbi əməliyyatlarla bağlı məlumatları sızdıranlar güllələnməlidir"

15-oktyabr-2026, 02:24
Tramp: "Hərbi əməliyyatlarla bağlı məlumatları sızdıranlar güllələnməlidir"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlarla bağlı məxfi məlumatları açıqlayan şəxslərin güllələnməli olduğunu bildirib.
"PostMedia"nın NBC News-a istinadən xəbər verir ki, bu açıqlamanı Arizona ştatında keçirilən mitinqdə verib.
Tramp mediaya məlumat sızması səbəbindən vaxtı əvvəlcədən məlum olan hərbi əməliyyatın ləğv edilməsini şərh edib.
“Məlumat sızdıran xainlər, məncə, güllələnməlidirlər”, – deyə ABŞ prezidenti bildirib.
O, söhbətin ölkəyə hücumun hansı vaxtda həyata keçiriləcəyinə dair məlumatları açıqlayan şəxslərdən getdiyini dəqiqləşdirib.
ABŞ prezidenti məlumat sızmasının mənbələrinə qarşı sərt tədbirlərin görülməsinə çağırıb və həmin şəxsləri “cəmiyyətin əsl zibilləri” adlandırıb.
“Onlarla çox, çox sərt davranmaq lazımdır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, məxfi məlumatların sızdırılması bir dəfə hərbi əməliyyatın ləğv edilməsinə səbəb olub.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031