6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İranla əlaqəli 11 təşkilata və 16 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib

15-oktyabr-2026, 21:49
ABŞ İranla əlaqəli 11 təşkilata və 16 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:
ABŞ İranla əlaqəli məhdudlaşdırıcı tədbirlər çərçivəsində 11 hüquqi və 16 fiziki şəxsi sanksiya siyahısına daxil edib. Sanksiyalara Kuba bankı "Banco Internacional de Comercio" (BICSA) və İraqın "International Development Bank for Investment and Finance" bankı da məruz qalıb.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi bildirişdə məlumat verilib.
Sənədə əsasən, sanksiya siyahısına daxil edilən 16 fiziki şəxsin hamısı İran vətəndaşlarıdır. Onlardan bəziləri maliyyə əməliyyatları və valyuta mübadiləsi ilə məşğul olan İran şirkətləri ilə əlaqəlidir. Məhdudiyyətlər, xüsusilə, İranda qeydiyyatdan keçmiş bir sıra valyuta mübadiləsi şirkətlərinin nümayəndələrinə və tərəfdaşlarına şamil olunur.
Sanksiya tətbiq edilən 11 təşkilat arasında İran, İraq, Honkonq və Kubadan olan maliyyə qurumları və şirkətlər var. BICSA və "International Development Bank" ilə yanaşı, "Chabahar International Bank Overseas Company" və "Jazireh International Bank Company" də siyahıya daxil edilib. Həmçinin pul köçürmələri və ticarətlə məşğul olan bir sıra şirkətlərə qarşı məhdudiyyətlər tətbiq olunub.
OFAC ayrıca Honkonqda fəaliyyət göstərən "Elitesphere Trading Co., Limited" şirkətini və İranın "Farzanegan Energy Pars Company" şirkətini də sanksiya siyahısına daxil edib.
Qurumun bildirdiyinə görə, təşkilatların və fiziki şəxslərin bir qismi ABŞ-nin İran iqtisadiyyatının müəyyən sektorlarına qarşı yönəlmiş 13 902 saylı fərmanına uyğun olaraq ikinci dərəcəli sanksiyalara məruz qala bilər.
Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi "International Development Bank for Investment and Finance" ilə əməliyyatların dayandırılmasına icazə verən ümumi lisenziya yayımlayıb.
Nazirlik həmçinin Rusiyanın "Lukoyl" şirkətinin xaricdəki yanacaqdoldurma məntəqələri və Bolqarıstandakı bəzi strukturları ilə bağlı ayrı-ayrı əməliyyatlara dair icazələri yeniləyib.
Bundan əlavə, OFAC Kuba ilə bağlı tez-tez verilən suallardan birinə yeni cavab dərc edib və Rusiyaya qarşı sanksiyalarla bağlı izahatlara dəyişikliklər edib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031