6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Qətərdən hədiyyə aldığı Boeing 747 təyyarəsini niyə qəbul etdiyini açıqlayıb

15-oktyabr-2026, 01:19
Tramp Qətərdən hədiyyə aldığı Boeing 747 təyyarəsini niyə qəbul etdiyini açıqlayıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Qətərdən lüks Boeing 747 təyyarəsini hədiyyə olaraq qəbul etmək qərarını şərh edərək, hədiyyələrdən imtina etmək üçün heç bir səbəb görmədiyini bildirib. Təyyarənin ABŞ prezidentinin rəsmi uçuşları üçün istifadə olunan "Air Force One" təyyarəsinin əvəzinə istifadəsi nəzərdə tutulur.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" Agentliyi məlumat yayıb.
Tramp bu açıqlamanı Arizona ştatının Bullhead City şəhərində keçirilən mitinqdə verib.
“İnsan sizə hədiyyə verəndə onu qəbul edirsiniz, elə deyilmi? Sizə Boeing 747 hədiyyə edəndə isə iki söz deyirsiniz: ‘Təşəkkür edirəm’”, – deyə Tramp mitinq iştirakçılarına müraciət edərkən bildirib.
Bir neçə dəqiqə sonra ABŞ prezidenti eyni fikri təkrarlayıb və mitinq iştirakçılarının bir qismi də ona qoşularaq “Təşəkkür edirəm” sözlərini birlikdə səsləndirib.
Qətərdən təyyarənin qəbul edilməsi qərarı ABŞ-da tənqidlərə səbəb olub. Xarici dövlətin ABŞ prezidentinə belə bir hədiyyə verməsinin etik tərəfi, eləcə də təyyarənin Trampın prezidentlik müddəti başa çatdıqdan sonra necə istifadə olunacağı ilə bağlı suallar yaranıb.
Tramp administrasiyası daha əvvəl bildirib ki, təyyarə ABŞ Müdafiə Nazirliyinə təhvil veriləcək və prezidentin uçuşları üçün yenidən təchiz olunacaq.
Tramp isə daha əvvəl belə bir hədiyyədən imtina etməyin ağılsızlıq olacağını bildirmişdi. O, bunu təyyarələrin yenilənməsinin yüksək xərcləri və prezident təyyarə parkının modernləşdirilməsi zərurəti ilə əsaslandırmışdı.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031