6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycan yanacağının Gürcüstan üzərindən Ermənistana tranziti ilə bağlı İrəvan və Tbilisi arasında müzakirələr aparılıb

08-dekabr-2025, 17:19
Azərbaycan yanacağının Gürcüstan üzərindən Ermənistana tranziti ilə bağlı İrəvan və Tbilisi arasında müzakirələr aparılıb
Yazı Ölçüsü:

Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan Ermənistana yanacaq tranzitinin həyata keçirilməsi məsələsi üzrə Ermənistan və Gürcüstan rəsmiləri arasında müzakirələr keçirilib.

"PostMedia" xəbər verir ki, bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, Tbilisi ilə bu mövzuda danışıq aparılıb və onlar Gürcüstan tərəfindən yayılan rəsmi açıqlamanı əldə ediblər.

Xatırladaq ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi dekabrın 5-də bəyan etmişdi ki, ölkə hökuməti tərəfdaş ölkələrdən Azərbaycandan Ermənistana yanacağın bir dəfəlik tranziti üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcüstan Dəmir Yolları”na bu tranziti tam şəkildə və ödənişsiz həyata keçirməyi tapşırıb.

Nazirlik vurğulayıb ki, Gürcüstan həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalır və regionda əməkdaşlıq və sabitliyin tərəfdarıdır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930