6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb

05-mart-2026, 10:14
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində süni intellekt infrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti Filip Saks və icraçı direktoru Fabio Fregi ilə görüş keçirib.

"PostMedia" xəbər verir ki, görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiya həyata keçirdiyi və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəli texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyi vurğulanıb.

“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrə təcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr, texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031