6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tona qədər artırmağa hazırdır

27-fevral-2026, 17:35
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tona qədər artırmağa hazırdır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Azərbaycan Qazaxıstandan idxal edilən neftin qəbul həcmini hazırkı 1,2 milyon tondan illik 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov nazirliyin kollegiya iclasında məlumat verib.
“Əlavə marşrutların inkişafı çərçivəsində Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə ildə 1,2 milyon ton həcmində nəqli davam etdirilir. Eyni zamanda, Azərbaycan tərəfi Qazaxıstan neftinin qəbul həcminin ildə 2,2 milyon tona qədər artırılmasına hazır olduğunu ifadə edib”, – deyə o bildirib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031