6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

"Porsche" brend tarixinin ən böyük və ən güclü SUV modelini hazırlayır

27-fevral-2026, 08:36
"Porsche" brend tarixinin ən böyük və ən güclü SUV modelini hazırlayır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Almaniyanın "Porsche" şirkəti "K1" kod adlı yeni flaqman lüks SUV üzərində işləyir.
"PostMedia" "Autocar"a istinadən xəbər verir ki, bu model "Porsche"nin tarixində ən böyük və ən güclü yolsuzluq avtomobili olacaq.
7 yerlik avtomobil əvvəlcə tam elektrikli kimi planlaşdırılsa da, sonradan benzin və "plug in hibrid" mühərriklərə üstünlük verilib. Model ABŞ, Yaxın Şərq və Çin bazarları üçün nəzərdə tutulur və "BMW X7" və "Mercedes-Benz GLS" ilə rəqabət aparacaq.
"K1" əsasən 4.0 litrlik ikiturbolu "V8" və 3.0 litrlik "V6" mühərriklərlə təklif ediləcək. Güc göstəricisi 350–730 at gücü aralığında olacaq.
Modelin debütü 2028-ci ildə, istehsal isə Slovakiyada təşkil ediləcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031