6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Səlcuq Bayraktar 2,7 milyard dollarla Türkiyənin ən varlı 10 şəxsi sırasındadır

26-fevral-2026, 20:07
Səlcuq Bayraktar 2,7 milyard dollarla Türkiyənin ən varlı 10 şəxsi sırasındadır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Türkiyənin müdafiə və aerokosmik sənaye şirkəti "Baykar"ın 46 yaşlı həmtəsisçisi və İdarə Heyətinin sədri Səlcuq Bayraktar Türkiyənin ən varlı 10 insanı siyahısına daxil olub.
"PostMedia" xəbər verir ki, "Forbes" milyarderlər reytinqinə görə, onun sərvəti 2,7 milyard dollar dəyərində qiymətləndirilir. Şirkətin baş direktoru olan qardaşı Haluk Bayraktar da siyahıdadır və 2,4 milyard dollar sərvətlə ilk onluqdan bir qədər aşağı pillədə qərarlaşıb.
"Baykar" Türkiyənin müdafiə sənayesi məhsullarının ən iri ixracatçılarından birinə çevrilib. Şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatlarından həm Türkiyə Silahlı Qüvvələri, həm də bir sıra xarici ölkələr istifadə edir. Səlcuq Bayraktar şirkət səhmlərinin 52,5%-nə sahibdir.
2025-ci ildə "Baykar"ın gəliri 2,5 milyard dollar təşkil edib ki, bunun 88%-i ixracın payına düşür. İxrac həcmi 2,2 milyard dollar olub və bu göstərici ilə şirkət pilotsuz uçuş aparatlarının dünyada ən böyük ixracatçısı olaraq mövqeyini qoruyub saxlayır.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031