6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

FHN-in yanaşması Prezidentin ortaya qoyduğu vahid rəqəmsal vitrin prinsipinə açıq-aşkar ziddir - EKSPERT

18-fevral-2026, 14:38
FHN-in yanaşması Prezidentin ortaya qoyduğu vahid rəqəmsal vitrin prinsipinə açıq-aşkar ziddir - EKSPERT
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
FHN-nin İKT komandası sanki ayrı bir reallıqda yaşayır.
"PostMedia" xəbər verir ki, bunu İKT eksperti Osman Gündüz deyib.
O. Gündüzün sözlərinə görə, FHN-nin bu addımı ölkə başçısının bir neçə gün öncə səsləndirdiyi fikirlərə ziddir:
"Bir neçə gün öncə Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dövlət xidmətlərində pərakəndəliyə son qoyulmalı, bütün xidmətlər vahid platforma – myGov üzərindən təqdim edilməlidir. Qurumlar paralel platforma və mobil tətbiqləri mərhələli şəkildə ləğv etməlidirlər.
Amma bu gün FHN yeni “e-FHN” mobil tətbiqinin istifadəyə verildiyini və xidmətlərin məhz oradan göstərilməyə başlandığını elan edir. Təəccüblənməmək mümkün deyil.
Bu yanaşma Prezidentin ortaya qoyduğu vahid rəqəmsal vitrin prinsipinə açıq-aşkar ziddir. Əgər bu praktika davam edərsə, "myGov"un vahid mərkəz rolu formal xarakter daşıyacaq.
Üstəlik, bir qədər axtarış etdikdə bəzi saytlardan bu xəbərin sonradan silindiyi də görünür. Ümid edirəm ki, rəsmi təkzib verilər.
Yeri gəlmişkən, on illərdir yazılmasına və səsləndirilməsinə baxmayaraq, Azərbaycan hələ də “112 Mobil Xilasedici” tipli milli fövqəladə xəbərdarlıq və ilkin yardım resursuna malik deyil. Nəhəng resurslara sahib FHN bu son dərəcə vacib sistemi indiyədək yarada bilməyib.
Hətta xatırlayıram ki, yaxın keçmişdə Azərbaycan vətəndaşlarına zəlzələ xəbərdarlığı mesajını da bir neçə dəfə FHN yox, "Google" göndərmişdi.
İctimai və strateji əhəmiyyət daşıyan bu problemlər həllini gözlədiyi halda, FHN-nin ilin bu vaxtında yeni xidmət tətbiqi təqdim etməsi ciddi suallar doğurur".
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031