6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Toyota" qlobal satış üzrə yeni rekord müəyyən edib

06-fevral-2026, 07:17
"Toyota" qlobal satış üzrə yeni rekord müəyyən edib
Yazı Ölçüsü:

"Toyota Motor" 2025-ci ilin təqvim ili üzrə avtomobil satışlarının nəticələrini açıqlayıb.

"PostMedia" xəbər verir ki, ötən il şirkət dünya üzrə 11 milyon 322 min 575 yeni avtomobil satıb. Bu göstərici bütün konsernin – o cümlədən "Daihatsu Motor" və "Hino Motors" törəmə şirkətlərinin satışlarını da əhatə edir. Statistikaya minik avtomobilləri ilə yanaşı, yük maşınları və avtobusların satışı da daxildir.

Xüsusilə "Toyota" və "Lexus" markaları üzrə satışlar 10 milyon 536 min 807 ədəd təşkil edib ki, bu da tarixi rekorddur və 2024-cü illə müqayisədə 3,7% artım deməkdir. Bu ümumi rəqəmin 1 milyon 501 min 263 avtomobili Yaponiyanın daxili bazarında satılıb.

Şirkətin satış artımı əsasən Yaponiya və Şimali Amerika bazarları hesabına təmin olunub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930