6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Türkiyə sərhədin açılması ərəfəsində Ermənistandan gələn turistləri qəbul etməyə hazırlaşır

22-yanvar-2026, 16:19
Türkiyə sərhədin açılması ərəfəsində Ermənistandan gələn turistləri qəbul etməyə hazırlaşır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İğdırda Ermənistanla Alican sərhəd keçid məntəqəsinin açılması ilə bağlı müzakirələr aparılıb.

"PostMedia" bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır regional bölməsi "sərhəd keçid məntəqəsi açıldıqdan sonra gözlənilən turist axını ilə əlaqədar" İğdır Ticarət və Sənaye Palatasına hərtərəfli fəaliyyət planı təqdim edib.

Vurğulanıb ki, "Alican sərhəd keçid məntəqəsinin açılması ilə bağlı vacib hesabat hazırlanıb və bu hesabat Ermənistandan gələn turistlərin qəbulu və xidmət standartlarının yüksəldilməsi üçün müddəaları əks etdirir".

İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan bəyan edib:

"Biz gələn turistlər üçün bütün şəraitin təmin edilməsi istiqamətində çalışacağıq. Xüsusilə, tacirlərimizin bu prosesə uyğunlaşmasına kömək etmək üçün məlumatlandırma fəaliyyətimizi aktivləşdirəcəyik".

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031