6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Ermənistan və Azərbaycan nümayəndələri Sədərək - Yerasx dəmiryolu hissəsinin vəziyyətini yoxlayıblar

15-yanvar-2026, 17:51
Ermənistan və Azərbaycan nümayəndələri Sədərək - Yerasx dəmiryolu hissəsinin vəziyyətini yoxlayıblar
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Bu gün Ermənistan və Azərbaycan nümayəndələri Sədərək - Yerasx dəmiryolu hissəsinin infrastrukturunun cari vəziyyətini birgə yoxlayıblar.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Yoxlamanın məqsədi həmin dəmiryolu hissəsinin xüsusi dəmiryolu tikinti texnikasının hərəkətinə uyğunluğunu qiymətləndirmək və infrastrukturun bərpası üçün kompleks tədbirlər həyata keçirmək olub.

Yoxlama çərçivəsində tərəflər həmin hissədə dəmiryolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031