6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb

06-yanvar-2026, 14:10
Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb
Yazı Ölçüsü:

Leyla Əliyevanın Omana səfəri davam edir.

"PostMedia" xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930