6°C Bakı
1$ = 1.70₼
---

FHN, DİN və AAYDA birgə məlumat yaydı

06-aprel-2026, 13:18
FHN, DİN və AAYDA birgə məlumat yaydı
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) birgə məlumatında qeyd edilir.
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031