6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Nikuşor Dan görüşdən məmnunluğunu bildirərək ölkələr arasında dostluq əlaqələrinin olduğunu vurğulayıb və Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını deyib.

Prezident İlham Əliyev isə münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib. Dövlət başçısı əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Prezidentlər ikitərəfli müzakirələr əsasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsi, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın həm Rumıniya, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulanıb. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd olunub.

Söhbət zamanı ölkələr arasında bağlantılar, şəhərlərarası əlaqələr və elm-təhsil sahəsində əməkdaşlıq müzakirə edilib. Müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri də qeyd olunub. Son dövrlərdə müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulanıb.

Rumıniya Prezidenti əlaqələrin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu xatırladıb. O, hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində Çex Respublikasının Baş naziri Andrey Babişlə də görüşüb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30