6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

"PostMedia" xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində Azərbaycana rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladıb. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunulub, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edilib.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30