İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaqı Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 şübhəli şəxsin saxlanılması barədə qərar qəbul edilib.
”PostMedia” xəbər verir ki, saxlanılanlar arasında müğənni Özcan Dəniz də var.
Əməliyyat zamanı müğənni Özcan Dənizlə yanaşı rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş, aktrisalar Dəniz Çakır və Burcu Özbərkin də saxlanıldığı bildirilib.
Baş Prokurorluğun açıqlamasında fahişəlik, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmin maddələrlə təmin etmə, eləcə də narkotik vasitələrdən istifadə və onların saxlanılması ilə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Şübhəli şəxslərin müdafiə ifadələrinin, şahid ifadələrinin, ələ keçirilən mobil telefonlar və rəqəmsal materiallar üzərində aparılan ekspertizalar nəticəsində hazırlanan hesabatların, həmçinin gizli şahidlərin ifadələrinin qiymətləndirildiyi bildirilib.




