6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İƏT Baş Katibliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

İƏT Baş Katibliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

"PostMedia" xəbər verir ki, İƏT Baş Katibliyi rəsmi internet səhifəsində yayımladığı bəyanatda Azərbaycan rəhbərliyinə, hökumətinə və xalqına bu əlamətdar gün münasibətilə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Bəyanatda vurğulanıb ki, İƏT müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

Baş Katiblik Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bu ərazilərin davamlı inkişafının təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şəraitin yaradılması istiqamətindəki səyləri yüksək qiymətləndirib. Qeyd olunub ki, bu fəaliyyət regionda sabitliyin möhkəmlənməsinə və sülhün əsaslarının gücləndirilməsinə mühüm töhfə verir.

Bəyanatda Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün göstərilən səylərin mehriban qonşuluq münasibətlərinin və konstruktiv əməkdaşlığın inkişafına, bütövlükdə regionda təhlükəsizliyin, sabitliyin və rifahın təminatına xidmət edəcəyinə ümid də ifadə olunub.

İƏT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən beynəlxalq təşkilatlardan biridir.

Xatırladaq ki, noyabrın 6-da Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30