Dörd dəfə "Grammy" mükafatı qazanmış məşhur musiqi ulduzu Danqelo (Maykl D’Angelo Archer) pankreas xərçəngi ilə uzun sürən mübarizədən sonra 51 yaşında Nyu-Yorkda vəfat edib.
"PostMedia" xəbər verir ki, məşhur sənətçinin ölümü musiqi dünyasında böyük sarsıntı yaradıb.
Danqelonun 3 övldı var. Olardan ikisi oğlan - 27 yaşlı Maykl Dangelo Arçer II və 15 yaşlı Morokko Arçer, həmçinin biri qız 26 yaşlı qızı Imani Arçer qaldı. Sənətçinin böyük oğlu Mayklın anası, tanınmış "R&B" ifaçısı Anqie Stone isə 2025-ci ilin mart ayında Alabamada baş verən avtomobil qəzasında 63 yaşında həyatını itirmişdi.
Qızı İmani sosial şəbəkədə atasının gitar çaldığı bir anı paylaşaraq duyğulu vida mesajı yazıb. Onun ölümünün ardından "Flavor Flav", "Jill Scott", "Missy Elliott", "Jennifer Hudson" və "Jamie Foxx" kimi bir çox tanınmış musiqiçi və məşhur simalar başsağlığı mesajları göndərib.
Karyerası boyu dörd "Gremmi" mükafatı qazanan Danqelo, 2001-ci ildə "Voodoo", 2016-cı ildə isə "Black Messiah" albomları ilə “Ən Yaxşı R&B Albomu” nominasiyasında qalib olub. “Really Love” mahnısı ilə “Ən Yaxşı R&B Mahnısı”, “Untitled (How Does It Feel)” ilə isə “Ən Yaxşı Kişi R&B Vokal Performansı” mükafatlarına layiq görülüb.


