Yaponiya Bankı baza faiz dərəcəsini 1%-dən 1,25%-ə yüksəldib.
"PostMedia" xəbər verir ki, qərar bankın Pul Siyasəti Komitəsinin iclasının nəticələrinə əsasən qəbul edilib.
Faiz dərəcəsinin 0,25 % bəndi artırılması inflyasiya risklərinin güclənməsi ilə əlaqələndirilir. Yaponiya Bankı əsas amillər arasında Yaxın Şərqdə davam edən gərginlik fonunda neft qiymətlərinin artmasını da qeyd edib.
1,25% səviyyəsində faiz dərəcəsi Yaponiya Bankı üçün 1995-ci ilin aprelindən bəri ən yüksək göstəriciyə çevrilib. Həmin vaxt faiz dərəcəsi sonuncu dəfə bu səviyyədə olub.
Yaponiya Bankı iyun ayında faiz dərəcəsini 0,75%-dən 1%-ə, 2025-ci ilin dekabrında isə 0,5%-dən 0,75%-ə yüksəltmişdi.