Rəqəmsal ödənişlərdə qlobal lider olan “Visa”, Azərbaycanda “She’s Next” təşəbbüsünün dördüncü dalğasını elan edir. Proqram artıq ikinci ildir ki, sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan “Birbank Biznes”in dəstəyi ilə həyata keçirilir.
2025-ci ildə “Birbank Biznes”in tərəfdaşlığı ilə həyata keçirilən “She’s Next Empowered by Visa” proqramının “Uğur hekayəni yarat” adlı əvvəlki dalğasına 400-dən çox qadın sahibkar müraciət edib. Proqram çərçivəsində iştirakçılar “She’s Next” rəqəmsal platforması vasitəsilə onlayn təlimlərdə iştirak etmək, finalçılar isə təcrübəli mentorların dəstəyi ilə biznes strategiyalarını təkmilləşdirmək imkanı əldə ediblər. Proqramın altı qalibinə bizneslərini inkişaf etdirmək üçün ümumilikdə 60 000 AZN məbləğində qrant təqdim olunub.
2026-cı il buraxılışı bu təcrübə əsasında yeni konsepsiya olan “She’s Next in Digital” proqramını təqdim edir. Kiçik bir addımın böyük dəyişikliklərə yol aça biləcəyi ideyasına əsaslanan proqram müasir texnologiya və trendləri biznesə inteqrasiya etməyə, bazarda daha effektiv fəaliyyət göstərməyə və inkişaf etməyə imkan verən praktik biliklər, ekspert dəstəyi və mentorluq imkanları təqdim edəcək. Bundan əlavə, “She’s Next”in dördüncü dalğası qadın sahibkarların həm Bakıda, həm də regionlarda inkişaf imkanlarına çıxışının genişləndirilməsinə xüsusi diqqət yetirəcək. Proqram regionlarda fəaliyyət göstərən, eləcə də sahibkarlığa yeni başlayan qadınların layihəyə qoşulması, yeni bilik və bacarıqlar əldə etməsi üçün daha geniş imkanlar yaradacaq.
“She’s Next” bizim üçün qadın sahibkarlığını dəstəkləyən sosial layihədən daha çoxdur. Biz bu təşəbbüsü qadın sahibkarların bizneslərini qurmaq və böyütmək üçün bilik, mentorluq, networking və maliyyə imkanlarını bir araya gətirən uzunmüddətli platforma kimi görürük. Artıq 1 000-dən çox qadın layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Son iki ildə isə qadın sahibkar müştərilərimizin sayı 1,5 dəfə, onlara verilən mikrokreditlərin həcmi 5 dəfə artıb. Bu il əsas məqsədimiz “She’s Next”in əhatə dairəsini genişləndirmək və onu həm Bakıda, həm də regionlarda daha çox qadın üçün əlçatan etməkdir. Biz istəyirik ki, həm artıq fəaliyyət göstərən, həm də sahibkarlığa yeni başlayan qadınlar bu platformanın yaratdığı bilik, əlaqə və inkişaf imkanlarından faydalana bilsinlər. Çünki bizim üçün əsas nəticə yalnız proqram vasitəsilə əhətə edəcəyimiz iştirakçı sayı deyil, neçə qadın sahibkarın biznesinin inkişafına real təsir göstərdiyimizdir,” – deyə “Kapital Bank”ın Ödəniş məhsulları ofisinin lideri Zakir Xan-Məmmədov bildirib.
“Uzun müddətdir tərəfdaşlıq etdiyimiz “Birbank Biznes” ilə birlikdə “She’s Next” təşəbbüsünün Azərbaycanda dördüncü dalğasına start verməkdən məmnunuq. Bu gün bizneslərin rəqəmsal mühitdə görünürlüğünü təmin etməsi, nağdsız ödənişləri qəbul etməsi, gündəlik əməliyyatlarını rəqəmsallaşdırması və müasir texnologiyalardan yararlanması böyük əhəmiyyət daşıyır. Proqram çərçivəsində qadın sahibkarların rəqəmsal bacarıqlarını inkişaf etdirməsinə və müasir iqtisadiyyatın tələblərinə uyğun bizneslər qurmasına dəstək oluruq. Eyni zamanda, təşəbbüsün əhatə dairəsini regionlara genişləndirərək Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların inkişaf üçün zəruri bilik və imkanlara çıxışını artırmaq istəyirik”, – deyə “Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev bildirib.
Rəsmi statistikaya görə, Azərbaycanda bizneslərin təxminən 23%-i qadınlara məxsusdur. Qadın sahibkarların təxminən 70%-i regionlarda, 30%-i isə paytaxtda qeydiyyatdan keçib. Bu göstəricilər regionlarda qadın sahibkarlığının böyük potensiala malik olduğunu, eyni zamanda qadınların yaşadıqları ərazidən asılı olmayaraq təhsil və mentorluq imkanlarına bərabər çıxışının təmin edilməsinin vacibliyini göstərir. Məhz buna görə də bu istiqamət “She’s Next”in builki əsas prioritetlərindən biridir.
2023-cü ildə Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən qlobal “She’s Next Empowered by Visa” təşəbbüsü qadın sahibkarların inkişafına dəstək göstərir. Proqram çərçivəsində iştirakçılara təlim, mentorluq, şəbəkələşmə və maliyyə imkanları təqdim olunur. Son üç il ərzində təşəbbüs yüzlərlə qadın sahibkara bizneslərini inkişaf etdirmək, yeni bilik və bacarıqlar qazanmaq və bizneslərinin davamlı inkişafı üçün yeni imkanlar yaratmaqda dəstək olub.
Builki proqramda iştirak etmək istəyən qadın sahibkarları yeniliklərdən xəbərdar olmaq və müraciətlər açıldıqda ilk məlumatı əldə etmək üçün “She’s Next”in rəsmi “WhatsApp” kanalını izləməyə dəvət edirik: https://whatsapp.com/channel/0029VbDtfJa4IBhGd1KhcO0D.
“Visa” (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və hər il dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, bizneslər, maliyyə institutları və dövlət qurumları arasında həyata keçirilən əməliyyatları dəstəkləyir. Şirkətin missiyası ən innovativ, rahat, etibarlı və təhlükəsiz ödəniş şəbəkəsi vasitəsilə dünyanı birləşdirmək, fərdlərə, bizneslərə və iqtisadiyyatlara inkişaf etmək imkanı yaratmaqdır. Biz inanırıq ki, hamını, hər yerdə əhatə edən iqtisadiyyatlar hamının rifahını yüksəldir və maliyyə vəsaitlərinin gələcəkdə hərəkəti üçün əlçatanlığın təməl şərt olduğunu göstərir.
“She’s Next Empowered by Visa” biznesdə qadınları dəstəkləmək üçün 2019-cu ildə başladılmış qlobal təşəbbüsdür. Proqram iştirakçılara təhsil imkanları, mentorluq və maliyyələşdirmə imkanı təqdim edir. Şərqi və Cənub-Şərqi Avropa, Orta Asiya və Qafqazda fəaliyyətə başladığı vaxtdan bəri 45 000-dən çox qadın təşəbbüsə qoşulub və qadın sahibkarlar bizneslərinin inkişafını dəstəkləmək üçün 300 000 ABŞ dollarından çox qrant alıblar.
Sahibkarlığın inkişafına önəm verən “Birbank Biznes”“Kapital Bank”ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. “Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.



