6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq

14-sentyabr-2026, 16:53
Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq
Yazı Ölçüsü:

Rusiya ərazisində planlı profilaktik və təmir işləri ilə əlaqədar Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilir ki, Rusiya ərazisində "Şimali Qafqaz-Zaqafqaz" magistral qaz kəmərində planlı profilaktik və təmir işləri aparılacaq. Bu səbəbdən sentyabrın 15-dən 25-dək həmin qaz kəməri ilə Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq.

Bildirilib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların fasiləsiz və etibarlı qaz təminatı məhdudiyyət olmadan həyata keçiriləcək. Bunun üçün ölkənin daxili ehtiyatlarından və İrandan əlavə həcmdə tədarük olunan təbii qazdan istifadə ediləcək.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930