6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

Cənubi Afrikada üç avtomobilin toqquşması nəticəsində 21 nəfər ölüb

14-sentyabr-2026, 16:01
Cənubi Afrikada üç avtomobilin toqquşması nəticəsində 21 nəfər ölüb
Yazı Ölçüsü:

Cənubi Afrika Respublikasında iki sərnişin mikroavtobusu və yolsuzluq avtomobilinin toqquşması nəticəsində azı 21 nəfər ölüb, daha bir neçə nəfər ağır xəsarət alıb.

"PostMedia"nın "Associated Press"ə istinadən məlumatına görə, qəza sentyabrın 13-də axşam Qərbi Keyp əyalətində, N1 magistralının Prins Albert və Leo-Qamka şəhərləri arasındakı hissəsində baş verib. Hadisə Keyptaundan təxminən 380 kilometr şərqdə qeydə alınıb.

İlkin məlumata görə, qəza iki mikroavtobusun baş-başa toqquşması ilə başlayıb. Daha sonra yolsuzluq avtomobili qəza nəticəsində yaranmış dağıntılara çırpılıb.

Hadisə nəticəsində 18 nəfər hadisə yerində ölüb. Daha üç nəfər xəstəxanaya aparıldıqdan sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha dörd nəfərin ağır xəsarət aldığı bildirilir.

Yol-nəqliyyat idarəetmə qurumunun məlumatına görə, ölənlərin sayı arta bilər. Qəzanın başvermə səbəbləri araşdırılır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930