6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

"Toyota Motor" dünyanın zavodlarında 40 min humanoid robot tətbiq edəcək

18-sentyabr-2026, 13:57
"Toyota Motor" dünyanın zavodlarında 40 min humanoid robot tətbiq edəcək
Yazı Ölçüsü:

Yaponiyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Toyota Motor" dünyanın müxtəlif ölkələrindəki zavodlarında insanlarla birlikdə müxtəlif əməliyyatları yerinə yetirəcək təxminən 40 min humanoid robot tətbiq etmək qərarına gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei" məlumat yayıb.

Məlumata görə, robotlar "Toyota Motor"un müəssisələrinin modernləşdirilməsi və yenidən qurulması çərçivəsində 2028-ci ildən başlayacaq proqramın tərkibində istehsal proseslərinə cəlb ediləcək. Zavodların modernləşdirilməsi üçün hər il təxminən 1 trilyon yen (təxminən 6,4 milyard dollar) vəsait ayrılır.

"Toyota Motor"un dünyanın müxtəlif ölkələrində 60 zavodu var. Bu müəssisələrdə yüksək ixtisaslı 18 min daimi əməkdaş çalışır. Robotların həmin heyətin əməyindən istifadənin səmərəliliyini artıracağı gözlənilir. Onlar öyrənmək və qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyin optimal üsullarını müstəqil şəkildə müəyyənləşdirmək imkanına malik olacaqlar.

Məlumata görə, robotlar artıq bəzi istehsal xətlərində fəaliyyət göstərir və insan işçilərin hərəkətlərini təkrarlayaraq getdikcə daha mürəkkəb və dəqiq əməliyyatları yerinə yetirirlər.

Gələcəkdə "Toyota Motor" robotlardan yeni işə qəbul olunan əməkdaşların hazırlanması üçün təlimçi kimi istifadə etməyi də planlaşdırır.

Şirkət rəhbərliyi vurğulayıb ki, robotlar istehsalatda insanları əvəz etməyəcək. Məqsəd robotların insanlarla daha fəal qarşılıqlı əlaqədə çalışması və vahid kollektivin bir hissəsinə çevrilməsidir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930