6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Rusiya tanınmış müğəninin hesablarını bloklayıb

16-sentyabr-2026, 23:19
Rusiya tanınmış müğəninin hesablarını bloklayıb
Yazı Ölçüsü:

Rusiyanın Federal Vergi Xidməti 141 min rubl borca görə "Tamara Qverdtsiteli Studio" MMC-nin hesabları üzrə əməliyyatları dayandırıb.

"PostMedia" xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, şirkət 2000-ci ildə qeydiyyatdan keçib. Tamara Qverdtsiteli vasitəsilə konsertlər üçün müqavilələr bağlayıb və ifaçılıq sənəti sahəsində xidmətlər göstərib.

Şirkət fəaliyyət göstərdiyi bütün dövr ərzində müğənninin çıxışları ilə bağlı ümumi dəyəri 4,3 milyon rubl olan doqquz müqavilə bağlayıb. Sonuncu müqavilə 2018-ci ildə rəsmiləşdirilib.

Həmin ilin yayında Qverdtsiteli fərdi sahibkar kimi qeydiyyatdan keçib. Bundan sonra MMC-nin fəaliyyəti faktiki olaraq dayandırılıb. "SHOT" iddia edir ki, şirkət mühasibat hesabatları və vergi bəyannamələri təqdim etməyi dayandırıb.

Yığılan borcla əlaqədar 2026-cı ildə məhkəmə qərarlarının icrası üzrə icra icraatı başlanıb, iyul ayında isə Federal Vergi Xidməti təşkilatın hesabları üzrə əməliyyatları dayandırıb.

"SHOT"un məlumatına görə, 141 min rubl məbləğində borc artıq iki ildir ki, qalır.

Tamara Qverdtsiteli 2022-ci ilin əvvəlində Rusiyanı tərk edərək Tbilisidə məskunlaşıb. Daha sonra müğənni ABŞ, Gürcüstan, İsrail və digər ölkələrdə çıxış edib. 2023-cü ildə isə Qazaxıstandakı konserti zamanı ukrayna dilində mahnı ifa edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930